Lavrov: Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşır
Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin normallaşması meyli müşahidə olunur.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "TASS" agentliyinə müsahibəsində söyləyib.
"Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda vəziyyətə dair bəyanat imzalayandan sonra regionda yenidən atışma ilə bağlı insidentlər olması ilə əlaqədar Rusiya sülhməramlıların gələn il tərəflər arasında atəş xəttinə düşə biləcəklərindən ehtiyat etmirmi?" sualını cavablandıran S.Lavrov qeyd edib ki, "tərəflərin birgə bəyanatında təsbit olunmuş bütün razılaşmalara dönmədən riayət edilməlidir".
“Məmnuniyyətlə bildiririk ki, Bakı və Yerevan öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək, bütövlükdə vəziyyəti sabitləşdirmək əhvalındadır. “Quruda” yaranan məsələlərin həllində tərəflərin əməkdaşlığa meyl etməsi müşahidə olunur. Rusiya da öz növbəsində atəşkəsin qarantı funksiyasını məsuliyyətlə və səmərəli şəkildə yerinə yetirməkdə davam edir. Hələlik rusiyalı sülhməramlılara münasibətdə təxribat hərəkətləri qeydə alınmayıb”, -deyə S.Lavrov vurğulayıb.
RF XİN rəhbərinin fikrincə, təmas xəttində hələlik yeganə ciddi pozuntu dekabrın 13-də, rusiyalı sülhməramlıların olmadığı yerdə qeydə alınıb.
“Bizim sülhməramlı kontingentin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarla kontaktlarda atılan ciddi addımlar insidentin genişlənməsinin qarşısını almağa imkan verib. Atəşkəsin pozulmasına yol verməmək üçün bundan sonra da hər cür səy göstərəcəyik”,-deyə o, bidirib.
Nazir vurğulayıb ki, hazırda gündəlikdəki əsas məsələlər atəşkəs rejiminin hər hansı şəkildə pozulmasına yol verməmək, ərazini partlayış təhlükəli əşyalardan təmizləmək, hərbi əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi, qaçqınların və məcburi köçkünlərin qayıtmasının təhlükəsizliyinin təmin edilməsi, kəskin humanitar məsələlərin həlli, tarixi abidələrin konfessional mənsubiyyətindən asılı olmayaraq onların qorunub saxlanması, nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələləridir. Bütün bu istiqamətlər üzrə müəyyən müsbət dəyişikliklər var, lakin vəziyyətin qeyri-ordinar olması nəzərə alınmaqla labüd olan problemlər də yaranır.
Nazir Azad Rəhimov komaya düşüb
Ramiz Mehdiyev Oqtay Səmədovu niyə işdən çıxardı? - SƏBƏB
Mərkəzi Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanıldı-Masallıda
“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidədir
Daha 15 müəssisədən Rusiyaya pomidor və alma ixracına icazə verilib
İnam Kərimov KT Nazirlərinin 13-cü Berlin Konfransında iştirak edib
“Şou-biznesdə sözü keçən yeganə müğənni mənəm"-Afət Fərmanqızı
Azərbaycandadaha 280 nəfər koronavirusa yoluxdu, 11 nəfər öldü
Görkəmli sərkərdə Həzi Aslanovun anım mərasimi keçirilib
XİN başçıları Azərbaycan- Gürcüstan əməkdaşlığını müzakirə ediblər
BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsi qüvvəyə mindi
Neft Fondunun aktivləri 43,5 milyard dolları ötüb
Müdafiə sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı müzakirə olunub
Mərkəzi Bank: 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb
XİN Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə münasibət bildirib
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndinin videogörüntüləri yayıldı
Kəmaləddin Heydərovun ölkədən pul çıxarma məsələsi böyüyür – Deputatdan açıqlama
Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ötən il TRACECA-nın Azərbaycan hissəsində 32,7 milyon ton yük daşınıb
Bəzi sənaye parkları "Azərbaycan İnvestisiya Şirkəti”dən çıxarılıb
Ukraynada matəm elan edilib
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb – Fərman
Füzuli rayonunun işğaldan azad edilmiş Qarğabazar kəndi-VİDEO
Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək
Tələbələrin 50 faizdən çoxu dövlət hesabına təhsil alır