logo

Prezident 1981 hərbi qulluqçunu “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi

11:59 30-12-2020 | icon 1981
Prezident 1981 hərbi qulluqçunu “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi

Prezident İlham Əliyev dekabrın 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü general-mayor, 24-ü polkovnik, 105-i isə polkovnik-leytenantdır.