logo

Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilib

11:27 30-12-2020 | icon 1806
Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilib

Milli Məclis dekabrın 30-da keçirilən plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

YeniAvropa xəbər verir ki, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində dəyişikliklər ölkəmizə koronavirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlərin və şprislərin 2021-ci il yanvarın 1-dən idxalda əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutur. Bu, daha çox əhalinin daha aşağı qiymətə vaksinasiya olunmasına kömək edəcək.

Vergi Məcəlləsində digər dəyişiklik iri neft emalı zavodunun (illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması çərçivəsində avadanlıqların və materialların idxalına 2021-ci ildən etibarən 2 il müddətində ƏDV-dən azad olunmasını özündə ehtiva edir.