logo

Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi

15:32 29-12-2020 | icon 1729
Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi

Dekabrın 29-da prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 41-i polkovnik-leytenantdır.