logo

Azərbaycan-Qırğızıstan əməkdaşlığı  müzakirə olunub

13:58 29-12-2020 | icon 1778
Azərbaycan-Qırğızıstan əməkdaşlığı  müzakirə olunub

Dekabrın 29-da tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbaev arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, telefon söhbəti zamanı nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası və bölgədə mövcud olan son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ruslan Kazakbaev beynəlxalq hüququn bərqərar olması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə əlaqədar məmnunluğunu ifadə edib.

Nazirlər həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.