logo

Azərbaycanda 2021-ci ildə yaşayış minimumu 196 manat müəyyən edildi

12:59 29-12-2020 | icon 4585
Azərbaycanda 2021-ci ildə yaşayış minimumu 196 manat müəyyən edildi

2021-ci ilin dövlət büdcəsində yaşayış minimumu ölkə üzrə 196,0 manat məbləğində müəyyən edilib.

 YeniAvropa xəbər verir ki, bu, Milli Məclisin dekabrın 29-da keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.