logo

Azərbaycanda  daha 772 nəfər koronavirusa yoluxdu 39 nəfər öldü

18:31 28-12-2020 | icon 1652
Azərbaycanda  daha 772 nəfər koronavirusa yoluxdu 39 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 3048 nəfər müalicə olunaraq sağalıb, 772 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 215 min 483 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 172 min 19 nəfər müalicə olunaraq sağalıb, 2538 nəfər vəfat edib. Aktiv xəstə sayı 40926 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 163 min 64 test aparılıb. Bugünkü test sayı isə 9502-dir.