logo

Türkiyədə daha bir zəlzələ oldu

11:59 27-12-2020 | icon 2128
Türkiyədə daha bir zəlzələ oldu

Dekabrın 27-də Türkiyə ərazisində daha bir zəlzələ qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Aralıq dənizinin Türkiyənin Muğla şəhərinə yaxın bölgəsində yerli vaxtla saat 10:13-də 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların episentrinin dənizdə 6,72 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələnin təsiri barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, bu, gün ərzində Türkiyədə qeydə alınan ikinci zəlzələdir. Yerli vaxtla saat 9.37-də Elazığ şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.