logo

Ermənilərin Hadruddakı şərab zavodu Azərbaycanın nəzarətinə keçdi

10:05 27-12-2020 | icon 7098
Ermənilərin Hadruddakı şərab zavodu Azərbaycanın nəzarətinə keçdi

Ermənilərin Hadrutun (Xocavəndin) Tuğ kəndində yetişən üzümlərdən çəkəilərək  dünya bazarına çıxardıqları məşhur "Kataro" şərab brendini istehsal edən zavod Azərbaycanın nəzarətinə keçib.

YeniAvropa xəbər verir ki, bu barədə  "Sputnik Armenia" məlumat yayıb. Ermənistanın Milli Şərab Mərkəzinin prezidenti Avag Arutyunyana istinadla verilən məlumatda qeyd edilib ki, nəinki üzüm bağları, hətta şərablarla dolu çəlləklər olan emalatxana tam şəkildə Azərbaycanın mülkiyyətinə keçib.

İlkin məlumatlara görə, istehsalçıya dəyən ziyan miqdarı bir milyon dollardan çoxdur. Arutyunyan qeyd edib ki, indi hamı şokdadır:"Şərab istehsalçıları birləşməyi və Qarabağ şərab dükanını bərpa etməyi planlaşdırırlar. İstehsal 2002-ci ildə, ilk qablaşdırma 2010-cu ildə başlayıb. Şərabın adı 17-ci əsrdə Dizapayt dağında inşa edilmiş Kataro monastırının adını daşıyır. Şərab Khndogni üzümündən hazırlanıb (100%). Saxlama üçün Dağlıq Qarabağda bitən palıddan hazırlanan çəlləklərdən istifadə edilib".0--1