logo

ÜST-dən qorxunc açıqlama: Koronavirusun üÜçüncü dalğa gəlir

16:11 22-11-2020 | icon 371
ÜST-dən qorxunc açıqlama: Koronavirusun üÜçüncü dalğa gəlir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artım fonunda üçüncü dalğanın yaşanacağını açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,  bu barədə ÜST-nin əməkdaşı David Nabarro İsveçrənin "Solothurner Zeitung" qəzetinə müsahibəsində deyib.

 Nabarro yay dönəmində hökumətlərin lazımi tədbirləri görmədiklərini və ikinci koronavirus dalğasının qarşısını almaq üçün heç bir şey etmədiklərini dilə gətirib. "Lazımi tədbirlər görülməsə və tez hərəkətə keçilməsə, üçüncü dalğanı 2021-ci ilin əvvəlində yaşayacağıq", -deyə ÜST -nin əməkdaşı vurğulayıb.