logo

Rusiyalı nazirlər Ermənistana gəlib

10:49 21-11-2020 | icon 280
Rusiyalı nazirlər Ermənistana gəlib

Noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Yerevanda səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyan Rusiyanın "TASS " agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, ıbu gün səhər  Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistana gəlib.

 "TASS"ın  məlumatına görə, müdafiə naziri Sergey Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, Rusiya nümayəndə heyətinin tərkibində həmçinin, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev, eləcə də digər rəsmi şəxslər yer alıb. 

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlılarının yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib.