logo

İlham Əliyev Kənan Seyidova general-mayor rütbəsi verdi

18:15 20-11-2020 | icon 2086
İlham Əliyev Kənan Seyidova general-mayor rütbəsi verdi

Prezident İlham Əliyev noyabrın 20-də Kənan Seyidova yeni ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Kənan Əlihüseyn oğlu Seyidova general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Kənan Seyidov bundan əvvəl -2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə "İgidliyə görə" medalı ilə təltif edilib.