logo

DİN vətəndaşlara karantin rejiminin tələblərini pozmamağı xahiş etdi

15:09 20-11-2020 | icon 301
DİN vətəndaşlara karantin rejiminin tələblərini pozmamağı xahiş etdi

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya daxil olan müraciətdə deyilir:

“Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ağdam rayonunun düşmən işğalından tamamilə azad edilməsi münasibətilə hər bir vətəndaşımızı ürəkdən təbrik edirik.

Bununla yanaşı xatırlatmaq istəyir ki, Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Odur ki, vətəndaşlarımızdan xüsusi karantin rejiminin tələblərini pozmamağı, o cümlədən sosial məsafəni gözləmələrini və tənəffüs yollarını qoruyan tibbi maskalardan mütləq qaydada istifadə etmələrini xahiş edirik.

Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Səbirli və anlayışlı vətəndaşlarımıza əvvəlcədən təşəkkür edirik”.