logo

Bu il “Azəri-Çıraq-Günəşli”dən 19,7 milyon ton neft hasil edilib

15:10 19-11-2020 | icon 6363
Bu il “Azəri-Çıraq-Günəşli”dən 19,7 milyon ton neft hasil edilib

Bu ilin yanvar-oktyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.Qeyd edilib  ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,3 milyon ton azalıb.

Respublika üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,9 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb.

SOCAR üzrə isə (kondensatla birlikdə) hasilat 6,2 milyon ton təşkil edib.