logo

“Döyüşlərin 5-ci günü artıq 1500 fərarimiz var idi”-Erməni generaldan ETİRAF

13:11 19-11-2020 | icon 315
“Döyüşlərin 5-ci günü artıq 1500 fərarimiz var idi”-Erməni generaldan ETİRAF

Ermənistan ordusunun general-polkovniki, sabiq Baş Qərargah rəisi Movses Akopyan geniş açıqlamalar verib.

YeniAvropa xəbər verir ki, o, Qarabağ döyüşləri sırasında ordudakı dəhşətli faktlardan danışıb.

“Döyüşlərin 5-ci günü artıq 1500 fərarimiz var idi. Onlar müəyyən ərazidə saxlanılır, onlara yemək payları ayrılırdı. Həmin fərarilər məqsədli şəkildə Ermənistana buraxılmırdı ki, insanlarda çaşqınlıq yaranmasın. Həmin fərarilər kim idi? Nəinki könüllülər, həmçinin, əsgər və zabitlər də bu siyahıda idi”.

"Modern.az"ın yazdığına görə, M.Akopyan 2018-ci ilin mayında Paşinyan hakimiyyətə gələn zaman Baş Qərargah rəisi postuna ən hazırlıqsız generalı – Artak Davtyanı təyin etməsini pisləyib.

General-polkovnikin fikrincə, Paşinyan hökuməti Müdafiə Nazirliyi və Baş Qərargahda işçilərin sayı 3 dəfə artırılsa da, döyüş generallarının sayının azaldıldığını əlavə edib.

“Müdafiə Nazirliyinin Vahid İnformasiya Mərkəzi ictimaiyyəti cəbhədə baş verənlərlə bağlı məlumatlandırmalı idi. Qaydaya görə, belə Mərkəzlər 30% yalan və 70% doğru məıumat yaymalı idi. Amma bizim mərkəzin yalanlıarı 100 faizi ötüb keçmişdi. Məhz buna görə, insanlar üçtərəfli razılaşma barədə eşidəndə belə çaşqınlıq yaranmışdı”.