logo

Qanunsuz ov edən şəxs cəzalandırılıb

10:30 19-11-2020 | icon 280
Qanunsuz ov edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı milli parkın “Qumbaşı” postunun ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova YeniAvropa-ya bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini Əhəd Abbasov olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimələnib.