Milli Məclisdə Pakistanın Azərbaycandakı səfiri ilə görüş
Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüblər.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini deyib. Qeyd edib ki, Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistan Azərbaycanın yanında olub, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəkləyib. Pakistanın rəhbərliyi, parlament, dövlət və hökumət rəsmiləri o çətin günlərdə ölkəmizə dəstəklərini sosial şəbəkələrdə də ifadə ediblər. Bütün bunlara görə Pakistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk.
Söhbət zamanı Qənirə Paşayeva ölkələrimiz arasında mədəni, iqtisadi, təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb və bu istiqamətdə atılan addımlardan söz açıb. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin mühüm rol oynadığını qeyd edib. Səfirin diqqətinə çatdırıb ki, başçılıq etdiyi parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisin beynəlxalq əlaqələri sahəsində fəaliyyət göstərən ən böyük qruplardan biridir.
Görüş zamanı səfir Bilal Haye Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini çatdırıb. O deyib: “Xoşbəxtəm ki, belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyəm. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir”.
Görüşdə iştirak edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Rzayev və Sadiq Qurbanov vurğulayıblar ki, dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq.
Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub, ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır