logo

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Qarabağdan danışdı

20:55 16-11-2020 | icon 1848
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Qarabağdan danışdı

Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Qeyd edilib ki, telefon söhbəti zamanı nazirlər bölgədəki son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın həyata keçirilməsi, razılaşmadan irəli gələn bir sıra məsələlər, eləcə də humanitar xarakterli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.