logo

Azərbaycanda yeni koronavirus antirekordu:1622 yoluxma, 20 ölü

14:30 12-11-2020 | icon 266
Azərbaycanda yeni koronavirus antirekordu:1622 yoluxma, 20 ölü

Azərbaycanda koronavirus infeksiyasına daha 1622 yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 70 min 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 51 min 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib. Aktiv xəstə sayı 17325 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 479 min 638 test aparılıb. Bugünkü test sayı isə 11796-dır.