logo

İşğaldan azad edilmiş ərazilərdə DTX-nin şöbələri fəaliyyətə başlayır

14:10 12-11-2020 | icon 1848
İşğaldan azad edilmiş ərazilərdə DTX-nin şöbələri fəaliyyətə başlayır

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə DTX-nin ictimai əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.