logo

Azərbaycanda internet məhdudiyyəti aradan qaldırılıb

11:30 12-11-2020 | icon 252
Azərbaycanda internet məhdudiyyəti aradan qaldırılıb

Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, internetin verilişinə tətbiq edilmiş məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla götürülüb.

Xatırladaq ki, sentyabrın 27-dən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.