logo

Pakistan Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır

19:13 11-11-2020 | icon 1561
Pakistan Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb.

 YeniAvropa xəbər verir ki, açıqlamada Pakistanın daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəklədiyi vurğulanır.

"Tərəflərin hərbi əməliyyatları dayandırmasını elan etmələrini alqışlayırıq. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün yeni fürsət yaradır.

Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad olunması münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına inanırıq”,-deyə məlumatda bildirilir.