logo

Rusiya qoşunları Ermənistandan Qarabağa belə girdi-VİDEO

15:17 10-11-2020 | icon 1841
Rusiya qoşunları Ermənistandan Qarabağa belə girdi-VİDEO

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin imzaladığı və 10 noyabr 2020-ci il tarixindən Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması bəyanatına uyğun olaraq  Rusiya qoşunları Qarabağa gəlib. 

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi xəbər yayıb. Bildirilib ki,  27 ədəd "İl-76" hərbi yük təyyarəsi ilə  Rusiya sülhməramlı qoşunları Ulyanovsk hərbi aerodromundan Ermənistana yola salınıb. 

Kadrlardan aydın görünür ki, Rusiya desant qüvvələri zirehli transportyorlarla şosse yoluna çıxır, oradan isə Ermənistan polisinin müşaiyəti ilə Qarabağa, Laçın dəhlizinə doğru istiqamət götürür.

Həmin tarixi kadrları təqdim edirik: