logo

Sinoptiklərdən leysan yağış və qar  xəbərdarlığı

14:47 10-11-2020 | icon 294
Sinoptiklərdən leysan yağış və qar  xəbərdarlığı

Sinoptiklərin xəbərdarlığına görə, noyabrın 11-i gündüzdən noyabrın 13-dək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında yağışın leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata əsasən, noyabrın 11-i gündüzdən noyabrın 13-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnoza görə, noyabrın 11-12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda narahatlıq yarada bilər.