Noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur.
YeniAvropa xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.