logo

Azərbaycanda daha 647 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

15:55 18-10-2020 | icon 1715
Azərbaycanda daha 647 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, daha 134 nəfər sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilibki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 37 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 24 test aparılıb. Bugünkü test sayı isə 9089-dur.