logo

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

22:45 17-10-2020 | icon 315
Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası oktyabrın 18-i yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.Qeyd edilib ki, bu qərar ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa və Rusiyanın prezidentlərinin 2020-ci il 1 oktyabr, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 5 oktyabr tarixli bəyanatlarına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.