logo

Türkiyə istehsallı SİHA-lar bir milyard dollar dəyərində erməni hərbi texnikasını məhv edib

20:50 16-10-2020 | icon 266
Türkiyə istehsallı SİHA-lar bir milyard dollar dəyərində erməni hərbi texnikasını məhv edib

Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti, çoxlu sığınacaqları, bunkerləri var. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir, çox riskli işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev  bu gün Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

“Biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi”, - deyə dövlət başçısı qeyd edib.