logo

Müdafiə Nazirliyi ermənilərin "Su-25" təyyarəmizi vurmasını yalanladı

16:50 15-10-2020 | icon 1610
Müdafiə Nazirliyi ermənilərin "Su-25" təyyarəmizi vurmasını yalanladı

Ermənistan KİV-lərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "SU-25" təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir "SU-25" döyüş təyyarəsi havaya qaldırılmayıb.