Hindistan generalları Azərbaycan ordusunun dağ döyüşünü izləyirlər
Qarabağda gedən döyüşlərin müasir hərb tarixinə yazılacağı artıq aydındır. Bu döyüşlərdə Azərbaycan ordusunun düşmənə qarşı müxtəlif tipli çoxsaylı dronlar, o cümlədən kamikadze-dronlar tətbiq edərək onun canlı qüvvəsini və texnikasını məhv etməsi yeni müharibə taktikası kimi Pentaqonda da təhlil edilir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan hərbi mütəxəssisləri də bu döyüşləri diqqətlə izləyib təhlil etməkdədir.
Belə ki, Hindistan Çinlə həmsərhəd mübahisəli Şərqi Ladakx yüksək dağlıq regionunda tanklarla gücləndirilmiş kifayət qədər güclü ordu qruplaşması yerləşdirib. Həmin regionda Çin ordusunun yüngül Type15 tanklarına qarşı Hindistan ordusunun T-72 və T-90 tankları dayanıb. Lakin indi Qarabağda gedən döyüşləri izləyəndə hindistanlı hərbi ekspertlər deyirlər ki, belə landşaft şərtlərində tanklar havadan ilk növbədə pilotsuz təyyarələr üçün əlçatan hədəfə çevrilir.
Hindistanın Şimal ordusunun keçmiş komandanı, general-leytenant D.S.Xuda qeyd edir ki, Dağlıq Qarabağda tankların tətbiq edilməsi şərtləri Ladakxdakı şərtlərə oxşayır.
“Azərbaycan hərbçiləri həm müşahidə, həm hücum üçün çoxsaylı dronlar istifadə edir. Bunlar həm də dron-kamikadzelərdir. Onlar sadəcə olaraq döyüş meydanı üzərində fırlanır, hədəfi müəyyən edir, məsələn tankı, və ona yuxarıdan hücum edərək məhv edir. Azərbaycan qoşunları Türkiyə və İsrail pilotsuz uçuş aparatlarından istifadə edir, son illərdə bu ölkə çoxsaylı dronlar alıb”,-deyə general qeyd edib.
Hindistan generalının sözlərinə görə, zərbə və kəşfiyyat dronlarının kütləvi tətbiq edilməsi zamanı tankların rolu daha az nəzərə çarpır. İstənilən tank, hətta ən müasir tank güclü havadan müdafiə sistemi qurulmadan açıq hədəfə çevrilir. General hesab edir ki, bu münaqişə gələcək müharibələrdə tankların roluna dair suallar yaradır. Ona görə də Hindistan ordusunun tank bölmələri Qarabağda gedən döyüşlərin formatından dərs çıxarmalıdır.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır