logo

Daha 14 məktəbli koronavirusa yoluxub

18:58 13-10-2020 | icon 315
Daha 14 məktəbli koronavirusa yoluxub

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, 13 şagirdin, işçi heyətdən 3 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 14 şagird, işçi heyətdən 4 nəfər isə koronavirusa yoluxub. 5 sinifdə dərslər əyani formaya qaytarılıb. 4 məktəbdə və 2 sinifdə dərslər təhsilin distant formasına keçirilib.

Xatırladaq ki, respublika üzrə 24 məktəbdə və 52 sinifdə koronavirusa yoluxma hallarına görə distant təhsilə keçid olunub.