logo

Fransa İran üzərindən Ermənistana silah göndərir

11:31 12-10-2020 | icon 2513
Fransa İran üzərindən Ermənistana silah göndərir

Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah-sursat idxal etməyə davam edir.

YeniAvropa xəbər verir ki, bu məqsədlər üçün mülki təyyarələr fəal şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Qeyd edək ki, indiyədək dəfələrlə mətbuatda Rusiyadan Ermənistana çoxsaylı uçuşlar vasitəsilə hərbi yüklərin daşınması barədə xəbərlər yer alıb. Yalnız oktyabrın 3-dən 9-dək olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr ümumi çəkisi 20 tondan çox olan silah-sursat "humanitar" tədarükü həyata keçirib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərə görədir.

Lakin Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.

Belə ki, dünən axşam "F-GKXY" dövlət nömrə nişanlı "Airbus A320-214" yük təyyarəsi Parisin "Charles de Gaulle" hava limanından Yerevana uçub. "Virtualaz.org"un məlumatına görə, təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına enib.