logo

Azərbaycandakı diplomatik korpusun rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcəklər

09:10 12-10-2020 | icon 1610
Azərbaycandakı diplomatik korpusun rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcəklər

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında məlumat yerkləşdirib.

O, qeyd edib ki, səfərin məqsədi diplomatları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.