logo

Paytaxtın bir hissəsində yollar iki günlük bağlanır

12:11 26-09-2020 | icon 392
Paytaxtın bir hissəsində yollar iki günlük bağlanır

Paytaxtın bu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şosesinə birləşən hissəsində sentyabrın 26-sı və 27-si hərəkət qismən məhdudlaşdırılacaq.

Sürücülərə sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.