Ərini xüsusi qəddarlıqla qətlə yetirən qadının məhkəməsi başlayır
Ötən il iyulun 7-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi faktı ilə bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işinin istintaqı aparılıb.
Suraxanı rayon prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, istintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcə də amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Rəna Sofiyeva Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb olunması məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəna Sofiyevanın təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır