logo

Qazaxıstanda ölüm hökmü ləğv edilib

13:44 24-09-2020 | icon 301
Qazaxıstanda ölüm hökmü ləğv edilib

Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov təşkilatın mənzil-qərargahında faktiki olaraq ölüm hökmünü ləğv edən ikinci fakültativ protokolu imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Qazaxıstanın ölüm cəzasının ləğvinə dair beynəlxalq protokola qoşulacağını elə həmin gün prezident Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci Sessiyasının ümumi siyasi müzakirələrində çıxış edərkən bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında prezident Tokayev Qazaxıstan XİN-ə ölüm hökmünün ləğvi ilə bağlı sənədin ikinci fakültativ protokoluna qoşulmağa başlamağı tapşırıb.

XİN-in məlumatına görə, bu beynəlxalq sənədin imzalanması ölüm cəzasının əhatə dairəsinin tədricən daralmasına və cinayət qanunvericiliyinin humanistləşdirilməsinə yönəlmiş kursun davamıdır. Məlumatda, həmçinin qeyd edilib ki, 2003-cü ildə ölkədə ölüm cəzasının tətbiqinə moratorium qoyulub.