logo

Azərbaycan nefti 42,12 dollara satılır

10:33 23-09-2020 | icon 322
Azərbaycan nefti 42,12 dollara satılır

Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 42,12 dollar təşkil edib.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artmasına dair narahatlıqlar, bəzi ölkələrdə əlavə məhdudiyyətlərin tətbiqi və özəl sektorun məlumatlarına əsasən ABŞ-da neft ehtiyyatlarının azaldığının açıqlanması fonunda “qara qızıl”ın qiyməti həftənin əvvəlindən azalır. Belə ki, qiymətdə təxminən iki həftədəki ən kəskin enmə müşahidə olunub və 39 dollar/barrel civarındadır.

Səudiyyə Ərəbistanı bazarı qoruyacağını elan etdikdən sonra neft qiymətləri keçən həftə 10 artmışdı.