logo

Əli Həsənova məxsus bina boşaldılır

11:29 17-09-2020 | icon 1883
Əli Həsənova məxsus bina boşaldılır

Yasamal rayonunda, Mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzi (BMM) prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.

YeniAvropa xəbər verir ki, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq.

Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.

BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media quruluşları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Məlumatlarda qeyd edilir ki, Əli Həsənovu təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər. Xəbərə görə bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.

İndiyədək həmin binada BMM-dən başdabir sıra təşkilatlar həmin binada fəaliyyət göstərib: KİVDF, "Kaspi” qəzeti, "Azadinform"agentliyi,  "Sputnik.az" , Bilik Fondu, "Azərbaycan müəllimi” qəzeti, "Strategiya” jurnalı, "Aznews.az", "Kaspi Art", "Burc" FM və "Araz"FM radioları,  Azərbaycan Beynəlxalq Bankın filialı və s.