logo

Sinoptiklərdən leysan, dolu və qar xəbərdarlığı

10:59 15-09-2020 | icon 2177
Sinoptiklərdən leysan, dolu və qar xəbərdarlığı

Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan sentyabrın 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  bildiriblər ki, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından sentyabrın 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.