logo

İran ordusu ilk dəfə “Simurq” PUA-nı hərbi təlimlərində istifadə edib

12:48 12-09-2020 | icon 2233
İran ordusu ilk dəfə “Simurq” PUA-nı hərbi təlimlərində istifadə edib

İran ordusu “Simurq” pilotsuz uçan aparatından (PUA) ilk dəfə “Zülfüqar-99” hərbi təlimlərində istifadə edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə admiral Şəhram İrani məlumat verib. O, mətbuat nümayəndələrinə bildirib ki, “Simurq” tam olaraq İran istehsalıdır. Onun heç bir detalı xaricdən alınmayıb. Təlimlər zamanı “Simurq” uzaq məsafəyə uçaraq ehtimal edilən düşmənin hərbi gəmisini məhv edib və geri qayıdıb. Havada 24 saat qala bilən “Simurq” mərkəzə məlumatlar ötürmək imkanına malikdir.

İran ordusu, “Simurq” ilə yanaşı, “Qəraq” adlı PUA-dan istifadə edib.

Qeyd edək ki, İran ordusu Hind Okeanı sahilində Hərbi Dəniz Donanmasının və Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirir. Təlimlərə hava və dəniz desantı da cəlb edilib.

Təlimlər bu gün başa çatacaq.