logo

İranda daha 115 nəfər koronavirusdan ölüb

15:19 11-09-2020 | icon 2422
İranda daha 115 nəfər koronavirusdan ölüb

Bu günə olan məlumata görə İranda 2 min 313 nəfər koronavirusa yoluxub, 115 nəfər isə vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib. Qeyd edib ki, bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 397 min 801 nəfər, ölənlərin sayı isə 22 min 913-ə çatıb.

Müalicəsi davam edən 3 min 753 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 342 min 539 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Tehran daxil olmaqla İranın 14 vilayəti hələdə qırmızı zonaya daxildirlər.