logo

Azərbaycanda daha 175 nəfər koronavirusa yoluxdu,3 nəfər öldü

16:05 09-09-2020 | icon 2835
Azərbaycanda daha 175 nəfər koronavirusa yoluxdu,3 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər müalicə olunaraq sağalıb, 175 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib. Aktiv xəstə sayı 2058 nəfərdir.

Ötən müddət ərzində 980 min 978 test aparılıb. Bugünkü test sayı isə 7040-dır.