ETSN, KTN və AQTA sahibkarlara çağırış etdi
Ekologiya və Təbii Sərvətlər , Kənd Təsərrüfatı nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara çağırış edib.
YeniAvropa həmin müraciəti təqdim edir:
"Hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə,onların yayılma arealının və zərər vurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur.
Bununla əlaqədar olaraq respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün kənd təsərrüfatı sahələri, meşə fondu və digər yaşıllıq zonalarında bitki mühafizə tədbirləri də daxil olmaqla kompleks tədbirlərin təşkili məsələlərinin müzakirəsi, zərərli orqanizmlərin ölkədəki təbii bitki örtüyünə və mədəni əkinlərə vurduğu ziyanın və gələcəkdə bu səbəbdən yarana biləcək fitosanitar təhlükənin qarşısının alınması məqsədilə Ekologiyavə Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərlərinin və ekspertlərin iştirakı ilə videoformatda görüş keçirilib.
Görüşdə son illər ölkəyə idxal olunan bir sıra əkin materiallarının (xüsusilə də dekorativ bitkilərin) yerli torpaq-iqlim şəraitinə uyğunlaşmaması, xəstəlik və zərərvericilərə qarşı həssaslığı, quraqlığa qarşı davamsız olmasıvə s. səbəblərdən salınmış yaşıllıqların quruması hallarının qeydə alındığı və vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, zərərli orqanizmlərin sürətlə artması və yayılması nəticəsində bitki örtüyünə, əsasən də meşələrə çox ciddi zərər dəyə biləcəyi vurğulanıb. Həmçinin bitkilərin zərərli orqanizmlərdən mühafizəsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinin zəruriliyi, idxal olunan bitkiçilik, xüsusən əkin materiallarında zərərsizləşdirmə tədbirlərinin gücləndirilməsi, sahələrdə bitki mübarizə tədbirlərinin görülməsi məqsədilə birgə fəaliyyətin təşkili və monitorinqlərin keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, sahibkarlar tərəfindən Azərbaycana gətirilən əkin materialları reyestrdə qeydiyyatda olmalı, rayonlaşdırıldığı ərazilərdə mütəxəssis nəzarəti altında əkilməli və düzgün aqrotexniki qulluq işləri təmin edilməlidir.
Sonda ETSN, KTN, AQTA və AMEA-nın mütəxəssislərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Eyni zamanda bitkiçilik məhsullarının idxalı, ixracı, daşınması, yetişdirilməsi və saxlanması ilə məşğul olan bütün sahibkarlıq subyektlərinə müraciət olunaraq, onlar zərərvericilərlə mübarizə tədbirlərini daha effektiv üsullarla həyata keçirməyə çağırılıb və bu işdə onlara mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən zəruri metodiki köməkliyin göstəriləcəyi bildirilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır