logo

Azərbaycanda daha 139 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

16:42 08-09-2020 | icon 5768
Azərbaycanda daha 139 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 128 nəfər müalicə olunaraq sağalıb, 139 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirlib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 37 min 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib. Aktiv xəstə sayı 2040 nəfərdir.

Ötən müddət ərzində 973 min 838 test aparılıb. Bugünkü test sayı isə 6798-dir.