logo

İlham Əliyev Yaşar Əliyevə  “Vətənə xidmətə görə” ordeni verdi

16:55 08-09-2020 | icon 5481
İlham Əliyev Yaşar Əliyevə  “Vətənə xidmətə görə” ordeni verdi

Prezident İlham Əliyev sentyabrın 8-də Yaşar Əliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Qeyd edək ki, bu gün polis general-mayoru Yaşar Əliyevin 60 yaşı tamam olur.

Hazırda Y. Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində çalışır. Bu təyinata qədər o, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləyib.

Xatırladaq ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir. Prezidentin köməkçisi, PA-nın Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi olduğu dövrdə  Yaşar Əliyev onun müavini vəzifəsində çalışıb.