logo

Sabirabadda gənc ata intihar edib

10:57 07-09-2020 | icon 2380
Sabirabadda gənc ata intihar edib

Bu gün səhərə yaxın Sabirabad rayonunda intihar hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, Sabirabad şəhərinin H.Əliyev küçəsində yaşayan 31 yaşlı Rauf Əsədov özünü yaşadığı evdə asaraq intihar edib.

R.Əsədovun əvvəllər zabit olduğu, son illər isə ordudan ayrılaraq Sabirabad Gənclər İdman İdarəsində işlədiyi bildirilir.

Qeyd edək ki, Rauf Əsədov intihar etməzdən əvvəl sosial şəbəkədəki paylaşımında vida məktubu yazıb. O, məktubunda ətrafındakı insanların onu heç cür başa düşmədiklərini bildirib, həyat yoldaşından və azyaşlı oğlundan razılıq edərək intihara görə bağışlanmasını istəyib.

Faktla bağlı araşdırma aparılır.