logo

İctimai nəqliyyat sabahdan iki gün işləməyəcək

19:53 04-09-2020 | icon 3367
İctimai nəqliyyat sabahdan iki gün işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirlib. Qeyd edilib ki, Qərargahın müvafiq qərarına əsasən, 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də sentyabrın 15-dək dayandırılıb.