logo

Bakıda həbsxanaya qardaşı üçün ət sousunun içində heroin gətirdi

14:08 03-09-2020 | icon 2611
Bakıda həbsxanaya qardaşı üçün ət sousunun içində heroin gətirdi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Qeyd edilib ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Əhmədova qardaşı Bakı şəhər sakini Emin Əhmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı ət sousunun içərisində xüsusi üsulla gizlədilmiş 3 sellofan bükülüdə ümumi çəkisi 2,706 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.