logo

Bakıda “1 rmanatlıq” taksilər ləğv olunur

20:13 01-09-2020 | icon 11053
Bakıda “1 rmanatlıq” taksilər ləğv olunur

Paytaxtda yeni exspres taksi xidməti yaradılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Hüquq şöbəsinin müdiri Hikmət Babayev məlumat verib. Onun sözlərinə görə, bu məsələ Agentliyin təşəbbüsü ilə müzakirə edilən yeni konsepsiyada öz əksini tapıb: "Həmin taksilər birbaşa marşrut üzrə hərəkət edəcək. Bu taksilər fəaliyyətə başlayandan sonra pərakəndə halda işləyən "1 manatlıq" taksilərin fəaliyyətinin qarşısı alınacaq. Exspres taksilər sərnişinlər üçün tənzimlənən formada fəaliyyət göstərəcək".

H.Babayev bildirib ki, hazırda müxtəlif istiqamətlərdə "1 manatlıq" taksilər pərakəndə vəziyyətdə fəaliyyət göstərərək bir dayanacaqdan digər dayanacağa sərnişin daşımaqla məşğuldur: "Həmin taksilər tənzimlənmədiyindən avtobus dayanacaqlarına daxil olur, dayanacaqlarda və yollarda tıxaclar yaradır. Bu da sərnişin və sürücülərin haqlı narazılığına səbəb olur".