“AzerGold” Yeni Qvineya 1 ton civə ixrac edib
“AzerGold” QSC istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan zərərsizləşdirilməsi istiqamətində növbəti addım atıb.
YeniAvropa xəbər verir ki, bu barədə QSC-dən bildirilib.Qeyd edilib ki, istehsalat prosesi zamanı tullantı qismində ayrılan 1 ton civə “Asia Mercury PTC.LTD” beynəlxalq şirkəti ilə imzalanmış müqavilə əsasında Papua-Yeni Qvineya ölkəsinə ixrac edilib. İstehsalat prosesi zamanı tullantı qismində ayrılan civə kütləsi dünya təcrübəsində torpağa basdırılmaqla zərəsizləşdirilir və ya təkrar istehsalda istifadə edilməklə utilizasiya edilir. Qeyd olunan ilk üsul torpağı istifadəyə yararsız hala gətirməklə yanaşı, bütövlükdə ekosistemə, həmçinin insan orqanizminə təhlükə yaradır. Civənin təkrar istifadəyə yönləndirilməsi məqsədilə satışı isə ekoloji cəhətdən daha məqbul və təhlükəsiz həll yolu hesab edilsə də, çoxsaylı icazələrin alınması və mürəkkəb tələblərlə müşayiət edilir.
“AzerGold” QSC ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir. Bu kimi amillər və sosial məsuliyyət siyasəti nəzərə alınmaqla cəmiyyət tərəfindən daha mürəkkəb yol seçilib. Nəticədə civə kütləsi təkrar emalda istifadə olunması məqsədilə ixrac edilib. Bununla da, “AzerGold” QSC ətraf mühitin mühafizəsinə daha bir töhfə verməklə yanaşı, ixracdan gəlirin əldə edilməsində nail olub.
Beləliklə, “AzerGold” QSC beynəlxalq qanunvericiliyə uyğun, BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələbləri nəzərə alınmaqla civənin ikinci dəfə ixracını reallaşdırıb. Qeyd edək ki, sözügedən konvensiyalar təhlükəli tullantıların, xüsusilə də civənin istehsalı və ticarətinin tənzimlənməsini, ətraf mühitin antropogen təsirlər nəticəsində atılan civə və onun birləşmələrindən qorunmasını ehtiva edir.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır